Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü
 
						Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü
Əlavə olunub: 06.02.2025 | 18:50 | Baxılıb: 551
Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.

“omrum.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.