
“omrum.az” xəbər verir ki, Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə qərarını açıqlayıb.
Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.
Qərara əsasən, Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.
***
Məmməd İbrahim barəsində də 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilirlər.