Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əliyar Ağayev Moyze Kini meydandan qovdu - Video
 
						Əliyar Ağayev Moyze Kini meydandan qovdu 
							 - Video
Əlavə olunub: 08.22.2025 | 11:22 | Baxılıb: 2313
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” klubları arasında keçirilmiş ilk oyununu idarə edib.

“omrum.az” xəbər verir ki, İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Ağayev 44-cü dəqiqədə “Fiorentina”nın hücumçusu Moize Kini meydandan qovub.

Bu epizodda “Polissya”nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və “Fiorentina”nın futbolçusu rəqibə dirsəklə zərbə endirib. 

Əliyar Ağayevin qırmızı vərəqə qərarı “Fiorentina”nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub.  Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.

Sözügedən görüntüləri təqdim edirik: 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.