Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Emin İbrahimova 10 il həbs tələb edildi
 
						Emin İbrahimova 10 il həbs tələb edildi
Əlavə olunub: 03.12.2025 | 13:46 | Baxılıb: 3242
Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“omrum.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün 1 ay vaxt verilib. 

Qeyd edik ki, Emin İbrahimov Nizami rayonu ərazisndə səki ilə hərəkət edərkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Buna görə onlar arasında mübahisə yaranıb. İttihama görə, hisslərini cilovlaya bilməyən Emin üstündəki bıçaqla Kamalın qarın nahiyəsindən vurub.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.