Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu - Yenilənib
 
						Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu 
							 - Yenilənib
Əlavə olunub: 05.30.2025 | 10:06 | Baxılıb: 7301
Lənkəranda qətl hadisəsi baş verib.

“omrum.az"in məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.

Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.

Kəsici-deşici alətlə öldürülən Vəliağa Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

***

“omrum.az"in əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.