“omrum.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
“Hazırda onların sülh variantını ciddi şəkildə nəzərdən keçirdikləri və diplomatiya üzərində ciddi fikirləşdikləri barədə bir dənə də olsun təsdiq yoxdur. Bunu hər gecə daha cəsarətli və irimiqyaslı xarakter alan Rusiya zərbələri də sübut edir. Axı Rusiya son günlər Ukraynaya qarşı 900-dən çox pilotsuz uçuş aparatı, ballistik raketlər və qanadlı raketlər buraxıb. Həmçinin bu gün Baş Qərargahda Rusiya zərbələrinin nəticələri, onların PUA-dan istifadə taktikası və Ukraynanın cavab tədbirləri müzakirə edilib”, - deyə Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, Ukraynada dronları zərərsizləşdirən müdafiə sisteminin istehsalının artırılmasına göstəriş verib:
“Mən pilotsuz uçuş aparatlarını zərərsizləşdirən müdafiə sisteminin istehsalını əhəmiyyətli dərəcədə artırmağı əmr etmişəm və bunun üçün tərəfdaşlarımızdan daha çox maliyyə cəlb edəcəyik. Həmçinin ballistik raketlərin sürətli istehsalı üçün ayrıca maliyyə sifariş vermişəm”.