Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Epilepsiyası tutan 37 yaşlı kişi dayaz suda boğuldu
 
						Epilepsiyası tutan 37 yaşlı kişi dayaz suda boğuldu
Əlavə olunub: 04.21.2025 | 11:27 | Baxılıb: 2769
Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

“omrum.az” xəbər verir ki, rayonun Ərəbxana kənd sakini 1988-ci il təvəllüdlü Seyran Malayev suda boğularaq ölüb.

Bildirilir ki, Seyran yaşadığı evin yaxınlığında olarkən epilepsiyası tutub. Qıcolma keçirən şəxs ağzıüstə yolun kənarındakı su kanalına düşüb.

Kanaldakı suyun hündürlüyü 40-50 santimetr olsa da, S.Malayev çevrilə və ya ayağa qalxa bilməyərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.