Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 19:43 | Baxılıb: 4273
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib.

“omrum.az” “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub.

Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər. Daha sonra iki lider qapalı görüşə keçiblər.

Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.

***

Baş tutan görüş mətbuata qapalı keçirilib və təxminən 40 dəqiqə davam edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.