Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.23.2025 | 16:25 | Baxılıb: 1354
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefonla danışacağını açıqlayıb.

“omrum.az” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə G20 Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması yolunda əlimizdən gələni edəcək. Biz bu məsələ ilə bağlı tam səfərbərlik elan etmişik və inşallah buna nail olacağıq.

Zelenski ilə keçən həftə Ankarada görüşdük, sabah isə Putinlə telefonla danışacağıq. Taxıl dəhlizi ilə bağlı səylərimiz, əslində, sülhə yol açmaq məqsədi daşıyırdı”, - o bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.