Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
 
						Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
Əlavə olunub: 05.05.2025 | 19:17 | Baxılıb: 2276
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

“omrum.az” “TRT Haber”ə istinadən xəbər verir ki, söhbət zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Ərdoğan, həmçinin Qəzzada humanitar böhranın ciddi olduğunu, humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatdırılmasının vacibliyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Danışıq zamanı Ərdoğan ABŞ liderini Türkiyəyə dəvət edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.