Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğandan Rusiya və Ukraynaya - Çağırış
 
						Ərdoğandan Rusiya və Ukraynaya 
							 - Çağırış
Əlavə olunub: 05.13.2025 | 02:33 | Baxılıb: 2379
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.

“omrum.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı danışıb.

“Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə ələ keçirilən fürsət boşa çıxmaz”, - Ərdoğan deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2022-ci ilin mart ayında sülhə çox yaxın idilər və amma bəzi güclərin müdaxiləsi səbəbindən bu, alınmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.