Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 21:50 | Baxılıb: 3371
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tankerlərin Qara dənizdə hücuma məruz qalmasına münasibət bildirib.

“omrum.az” xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Bildirib ki, Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb.

“Özəl iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. Biz öz şəxsi zonamızda naviqasiya təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Müharibənin dayandırılmasına yönəlmiş son hadisələri də yaxından izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu bildirmişik”,- deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, “Kairos” və VİRAT tankerləri noyabrın 29-da Qara dənizdə vurulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.