Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğanın səhhəti ilə bağlı rəsmi - Açıqlama
 
						Ərdoğanın səhhəti ilə bağlı rəsmi 
							 - Açıqlama
Əlavə olunub: 06.09.2025 | 21:21 | Baxılıb: 48673
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi barədə iddialar yayılıb.

“omrum.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) dövlət başçısının səhhətində problemlər yaranması barədə məlumatları təkzib edib.

Bildirilib ki, Türkiyə liderinin səhhətində narahatlıq yoxdur.

“Bir yutub kanalında Prezidentimizin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən videoda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də Prezidenti hədəf alır və təhqirlər ehtiva edir”, - deyə məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.