
“omrum.az” xəbər verir ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib.
Y. Asyalı üzündə və bədənindəki izləri paylaşaraq bu sözləri yazıb: “Ərim tərəfindən döyüldüm”.
Aktrisanın bu paylaşımı isə geniş müzakirələrə səbəb olub. O, həmçinin instaqram hekayələrində evlilikdə kişi-qadın münasibətləri ilə bağlı videolar paylaşıb.
Qeyd edək ki, Yıldız və iş adamı olan Mustafa bu ilin mayında ailə qurub.
Xatırladaq ki, Yıldız Asyalının ilk evliliyi 2015-ci ildə olub. O, Emre Vatanseverlə 2 il evli qalıb. Onların Ayşe Mira adlı bir qızı var. Aktrisa 2020-ci ildə rejissor Kerem Saka ilə evlənib. Lakin bu evlilik də qısa müddətdə sonlanıb.
Xatırladaq ki, Y.Asyalı 2003-cü ildə çəkilən “Hayat bilgisi” serialında “Rüya” obrazı ilə məşhurlaşıb.




