
“omrum.az” xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı söyləyib.
“Biz Cənubi Qafqazdakı inkişafları, xüsusilə Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesini yaxından izləyirik. Odur ki, ilkin imzalanmış sülh sazişi Avropa İttifaqı üçün də geniş əməkdaşlıq imkanları açır”, – deyə Merts bildirib.
Xatırladaq ki, Nikol Paşinyan bu gün rəsmi səfər çərçivəsində Almaniyaya yollanıb.