“omrum.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.
Ölkənin maliyyə naziri Vaqe Ovannisyanın sözügedən məsələ ilə bağlı açıqlamasına münasibət bildirən Paşinyan deyib:
“Ola bilsin ki, 2026-cı il büdcəsində xərclərin əhəmiyyətli dərəcədə artımı, yaxud müdafiə xərclərinin artımı ümumiyyətlə olmasın. Düşünürəm ki, bu, məntiqlidir, ən azından hazırda qiymətləndirməmiz belədir”.
Bununla belə, onun sözlərinə görə, Ermənistan rəhbərliyi sərhəddə operativ vəziyyətin təhlilini davam etdirəcək və hökumətin reaksiyası adekvat olacaq.
Qeyd edək ki, bundan əvvəl, V.Ovannisyan bildirib ki, Vaşinqtonda Azərbaycanla sülh sazişinin paraflanması fonunda ölkə rəhbərliyi 2025-ci illə müqayisədə 2026-cı ilin büdcəsində müdafiə xərclərinin payını azaltmağı planlaşdırır.