Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu
 
						Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu
Əlavə olunub: 07.02.2025 | 19:46 | Baxılıb: 1775
Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu"in dondurmalarının idxalına müvəqqəti qadağa qoyub.

“omrum.az” xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.

“Qida təhlükəsizliyi müfəttişliyi orqanı rəhbərinin qərarı ilə iyulun 2-dən etibarən Rusiyanın “Əsl Dondurma Zavodu” MMC-nin istehsal etdiyi dondurmanın Ermənistana idxalı müvəqqəti olaraq qadağan edilib”, - məlumatda bildirilir.

Məhsulların ölkəyə idxalına qadağa qoyulması ilə bağlı qərar məhsulun təhlükəsizliyi riskinin qiymətləndirilməsi zamanı qəbul edilib. Qeyd olunur ki, məhdudiyyətlər əvvəllər idxal olunan məhsullara şamil edilmir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.