Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başlayıb
 
						Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başlayıb
Əlavə olunub: 08.12.2025 | 16:00 | Baxılıb: 914
Ermənistanda ABŞ ilə birgə “Eagle Partner 2025” hərbi təlimləri başlayıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Təlimin açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn və digər yüksəkvəzifəli hərbçilər iştirak edib. 

Qeyd edək ki, avqustun 12-dən 20-nə qədər davam edəcək təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri, ABŞ-nin Avropa və Afrikadakı Quru qoşunlarının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.