Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb
 
						Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb
Əlavə olunub: 08.19.2025 | 12:12 | Baxılıb: 1142
Ermənistanıın Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğu fəaliyyətini dayandırıb. 

“omrum.az” “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Konsulstvo v Ekb” vatsap kanalında yayılıb. 

“Əziz vətəndaşlar, Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar fəxri konsulun ofisi fəaliyyətini dayandırıb”, - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, cari ilin iyul ayının sonunda mediada N.Spartakyanın diplomatik statusunun ləğv edilməsi ilə bağlı məlumat yayılıb. Avqustun əvvəli isə Ermənistan Xarici İşlər Nazirliyi fəxri konsulun istefaya göndərilməsini təsdiqləyib. Bununla belə, qərarın səbəbi açıqlanmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.