Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin adının dəyişdirilməsini istəyir
 
						Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin adının dəyişdirilməsini istəyir
Əlavə olunub: 05.01.2025 | 21:27 | Baxılıb: 4215
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilməsini istədiyini açıqlayıb.

“omrum.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda o, araşdırmaçı-yazar Hilmi Daşdemirə müsahibəsində bildirib.

E. Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə gözlənilən səfəri çərçivəsində ölkənin adının dəyişdirilməsi barədə iddiaları cavablandırıb:

“Gözləntim kaş, reallaşa. Mən də bu fikirlə bağlı eyni mövqedəyəm. Federasiya dəftəri bağlanıb. “Şimal” da federasiya prosesində öz mənasını itirib. Şimal-cənub deyə dövlət yoxdur. Artıq iki fərqli dövlət var”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.