“omrum.az” xəbər verir ki, bu barədə amerikalı milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.
“Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun!”, – o vurğulayıb.
Trampın nümayəndələri hələlik Maskın bəyanatını şərh etməyiblər.
Qeyd edək ki, Cefri Epşteyn 2019-cu ildə cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverini təşkil etməkdə ittiham olunaraq həbs edilib. Elə həmin il həbsxanada intihar edib.
Fotoda Donald Tramp və Cefri Epşteyn