
“omrum.az” “Variety” jurnalına istinadən xəbər verir ki, bunu filmdə baş rolu canlandıran aktyor Makoley Kalkin deyib.
45 yaşlı aktyor, hətta filmin mümkün süjeti ilə bağlı ideyasını da paylaşıb: “Mənim belə bir ideyam var: Mən ya dul, ya da boşanmışam. Bir övlad böyüdürəm. Mən çox işləyirəm və ona kifayət qədər diqqət ayırmıram. Bir gün o elə inciyir ki, məni öz evimdən qovur. Uşaq məni evə buraxmır və tələlər qurur”.
Kalkinin sözlərinə görə, bu halda ev valideyn-uşaq münasibətlərinin metaforasıdır, onun personajı isə oğlunun qəlbinə gedən yolu tapmalıdır.
Qeyd edək ki, M. Kalkin 1990-cı ildə çəkilmiş “Evdə tək 1”, 1992-ci ildə ekranlara çıxmış “Evdə tək 2” filmlərində Kevin rolunu canlandırıb. Franşizanın lentə alınan digər filmlərində isə o rol almayıb.

