Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Evdən 20 minlik oğurluq - 27 yaşlı qadın saxlanıldı
 
						Evdən 20 minlik oğurluq 
							 - 27 yaşlı qadın saxlanıldı
Əlavə olunub: 03.21.2025 | 14:01 | Baxılıb: 3090
Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb.

“omrum.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, martın 19-u Nizami rayonunda yerləşən evlərin birindən 800 manat pul və 19200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 27 yaşlı A.Novruzova müəyyən edilərək saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq isə Naxçıvanski küşəsində baş verib. Bir qadının cibindən 500 manat dəyərində mobil telefonu talamaqda şübhəli bilinən 31 yaşlı K.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.