Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Evdən 4 nəfərin meyiti tapıldı - Üçü bacı-qardaşdır - Yenilənib
 
						Evdən 4 nəfərin meyiti tapıldı 
							 - Üçü bacı-qardaşdır - Yenilənib
Əlavə olunub: 03.05.2025 | 09:26 | Baxılıb: 7304
Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb. 

“omrum.az” xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

Məlumata görə, vəfat edənlər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.

Faktla bağlı araşdırma aparılır.

***

Hazırda Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri də hadisə yerindədir. Ölüm faktının qida zəhərlənməsi səbəbindən baş verməsi də ehtimal edilir.

***

Göygöldə dünyasını dəyişən şəxslərdən biri tələbədir. Belə ki, bədbəxt hadisə nəticəsində həyatını itirən şəxslərdən Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.