Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Evdən pulu apardı, yerinə etibarsız əskinas qoydu
 
						Evdən pulu apardı, yerinə etibarsız əskinas qoydu
Əlavə olunub: 08.09.2025 | 14:30 | Baxılıb: 2677
Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “omrum.az”ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.