Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əziz Orucova hökm oxundu
 
						Əziz Orucova hökm oxundu
Əlavə olunub: 02.26.2025 | 14:56 | Baxılıb: 2905
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“omrum.az” xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.

Dövlət ittihamçısı Ə.Orucova 2 il 6 ay həbs cəzası istəmişdi.

Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Lakin bir müddət əvvəl 206.3.2-ci maddə üzrə cinayət işinə xitam verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.