
“omrum.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, layihənin ilk uçuş sınaqları artıq yay aylarında həyata keçirilib.
Məlumata görə, yeni F-47 qırıcıları ABŞ-nin NGAD (Next Generation Air Dominance) proqramı çərçivəsində hazırlanır və layihənin 2028-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Proqramın digər texniki və taktiki detallarının isə konfidensial saxlandığı qeyd olunur.
Məlum açıqlamalara əsasən, F-47 qırıcıları 1600 km-lik uçuş radiusuna və saatda 2 248 km-ə qədər maksimal sürətə malik olacaq, eləcə də radar görünməzliyini azaldan yeni texnologiyalarla təchiz ediləcək.
ABŞ Hərbi Hava Qüvvələrinin ən azı 185 ədəd F-47 əldə etməyi planlaşdırdığı, hər bir təyyarənin qiymətinin isə 300 milyon dollardan çox olacağı bildirilib.