Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fazil Qasımovun 10 il həbsi tələb edildi
 
						Fazil Qasımovun 10 il həbsi tələb edildi
Əlavə olunub: 02.28.2025 | 17:52 | Baxılıb: 3027
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə istintaqı tamamlanıb.

“omrum.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə də təsdiqini tapıb.

Prokuror bu əsasla Fazil Qasımovun 10 il, Anar Əliyevin 6 il azadlıqdan məhrum edilməli olduğunu bildirib. İttihamçı A.Əliyevə yüngül cəza istəməsinin səbəbini onun istintaqa kömək etməsi ilə əlaqələndirib. 

Məhkəmə müdafiə çıxışlarına hazırlanmaları üçün vəkillərə vaxt verib.

Qeyd edək ki, Fazil Qasımov və Anar Əliyev Daxili İşlər Nazirliyi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.