Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Fənər” və “Qalatasaray” onun üçün yarışır
 
						“Fənər” və “Qalatasaray” onun üçün yarışır
Əlavə olunub: 07.03.2025 | 02:55 | Baxılıb: 2065
Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman karyerasını Türkiyədə davam etdirə bilər.

“omrum.az” “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, “Fənərbaxça” və “Qalatasaray” 29 yaşlı vingerlə maraqlanır.

İstanbul təmsilçiləri yayda fransalı oyunçunu heyətinə qatmaq istəyirlər. Hətta “Fənərbaxça” oyunçu ilə ilkin danışıqlara da start verib.

Bildirilib ki, “sarı-lacivərdlilər”in çalışdırıcısı Joze Mourinyo fransalı futbolçuya zəng edərək ondan komandasına qoşulmasını istəyib.

Lakin digər tərəfdən 29 yaşlı ulduzun “Qalatasaray”a keçmək istədiyi deyilir.

Qeyd edək ki, 2024/2025 mövsümündə Münhen təmsilçisində 44 oyuna çıxan Koman 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.