Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Fənərbaxça” - “Benfika” matçına “CBC Sport”da baxa bilməyəcəyik
 
						“Fənərbaxça” - “Benfika” matçına “CBC Sport”da baxa bilməyəcəyik
Əlavə olunub: 08.20.2025 | 20:19 | Baxılıb: 3967
“CBC Sport” kanalı bu gün keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Fənərbaxça” - “Benfika” görüşünün ilk matçını yayımlamayacaq.

“omrum.az” xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

“Yayımın baş tutmaması bizdən asılı olmayan texniki səbəblərlə bağlıdır. Oyunun yayımlanması üçün maksimum səylər göstərilsə də, təəssüf ki, mümkün olmadı. Anlayışınıza görə təşəkkür edirik!”, - deyə məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.