Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.13.2025 | 03:25 | Baxılıb: 2072
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

“omrum.az” xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edib. 

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətin əvəzini çıxa bilib. 

Rotterdam təmsilçisinə 5:2 hesabı ilə qalib gələn “Fənərbaxça” adını pley-off mərhələsinə yazdırıb. 

İstanbul nəhəngi növbəti raundda “Benfika” ilə qarşılaşacaq.

Xatırladaq ki, təmsilçimiz “Qarabağ” da rəqibini darmadağın edərək pley-offa yüksəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.