Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.06.2025 | 01:16 | Baxılıb: 2184
Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb.

“omrum.az” xəbər verir ki, buna səbəb klubların avrokuboklarda iştirak etməsidir.

Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Fatih Karagümrük” – “Başakşehir” matçları təyin olunmuş vaxtda baş tutmayacaq. Qarşılaşmaların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib.

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasında, “Beşiktaş” və “Başakşehir” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.