Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu"in üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib.
“omrum.az” xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir 23 iyul tarixində start götürəcək U-15 və Yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub.
Xüsusi Konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.