
“omrum.az” ABC telekanalına istinadən xəbər verir ki, Fina siklonunun səbəb olduğu fırtına 77 mindən çox sakinin elektrik enerjisiz qalmasına səbəb olub.
Ümumilikdə ştat ərazisində 525 mindən çox şimşək hadisəsinin qeydə alındığı bildirilir.
Telekanalın məlumatına görə, bəzi yerlərdə küləyin sürəti saniyədə 28 metrə çatıb. Diametri 10 santimetrə qədər olan dolu dənələri avtomobillərə, binaların damlarına və günəş panellərinə ziyan vurub. 600 mindən çox elektrik xətti zədələnib.

