Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fransa Durovu ABŞ-yə getməyə qoymadı
 
						Fransa Durovu ABŞ-yə getməyə qoymadı
Əlavə olunub: 05.21.2025 | 04:28 | Baxılıb: 1010
Fransa hökuməti teleqramın təsisçisi Pavel Durova investisiya fondları ilə danışıqlar aparmaq üçün ABŞ-yə səfər icazəsi verməkdən imtina edib.

“omrum.az” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, Paris Prokurorluğu mayın 12-də səfər müraciətini rədd edib.

“Səfər zəruri və əsaslı hesab olunmur”, - deyə səbəb olaraq bildirilib.

Qərarda qeyd olunub ki, Durovun Fransanı icazəsiz tərk etməsi qadağandır.

Xatırladaq ki, daha əvvəl Durova Dubaya səfər üçün müvəqqəti icazə verilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.