Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fransa onu Azərbaycana səfir təyin etdi
 
						Fransa onu Azərbaycana səfir təyin etdi
Əlavə olunub: 08.19.2025 | 23:45 | Baxılıb: 4865
Fransa Azərbaycana yeni səfir təyin edib.

“omrum.az” xəbər verir ki, bu barədə Fransa Səfirliyinin “X” sosial şəbəkəsində paylaşım olunub.

Belə ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Həmçinin yeni səfir də bununla bağlı paylaşım edib:

“Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonın yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.