“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.
“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək ikitərəfli görüşlər olacaq”, - mətbuat katibi bildirib.
Levitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.