Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 13:21 | Baxılıb: 1858
“Rusiya “Böyük səkkizlik” (G8) qrupuna qayıtmaq istəmir”.

“omrum.az” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “India Today” nəşrinə müsahibəsində danışıb. 

“G7-nin dünya iqtisadiyyatındakı payı ildən-ilə azalır. Anlamaq olmur, onlar niyə özlərini “Böyük yeddilik” adlandırırlar? Orada böyük nə var ki?”, - Putin deyib. 

Qeyd edək ki, 1997-2014-cü illərdə bu qeyri-rəsmi klub “Böyük səkkizlik” (G8) adlandırılıb. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra klub toplantılarını yenidən G7 formatında, Rusiyanın iştirakı olmadan keçirməyə başlayıb. Hazırda kluba ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.