Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gecə 1-də işıq dirəyinə çıxdı, cərəyan vurub öldürdü
 
						Gecə 1-də işıq dirəyinə çıxdı, cərəyan vurub öldürdü
Əlavə olunub: 04.03.2025 | 11:08 | Baxılıb: 1891
Bakıda ölümlə nəticələnən hadisə baş verib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə aprelin 3-nə keçən gecə saat 01 radələrində Sabunçu qəsəbəsi Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini 1990-cı il təvəllüdlü Ağarza Bağırov elektrik dirəyinə çıxıb və cərəyan vurması nəticəsində ölüb.

Onun əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi (177, 185) üzrə məhkum edildiyi məlum olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.