Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.16.2025 | 10:43 | Baxılıb: 2195
Gədəbəydə qətl hadisəsi qeydə alınıb.

“omrum.az” xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası, 1966-cı il təvəllüdlü İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 21:14-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gədəbəy rayonu ərazisindən təcili çağırış qeydə alınıb.

Çağırış ünvanına qısa müddətdə təcili tibbi yardım briqadası cəlb olunub. 

1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.