Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gənc oğlan 16 yaşlı həmkəndlisini bıçaqladı
 
						Gənc oğlan 16 yaşlı həmkəndlisini bıçaqladı
Əlavə olunub: 04.03.2025 | 10:35 | Baxılıb: 1192
Zaqatalada bıçaqlanma hadisəsi baş verib. 

“omrum.az"in məlumatına görə, hadisə aprelin 2-si axşam saatlarında rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2008-ci il təvəllüdlü N.H xuliqanlıq zəminində 2009-cu il təvəllüdlü həmkəndlisi K.Q-nın döş nahiyəsinə bıçaqla xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilən K.Q-nın vəziyyəti qənaətbəxşdir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.