Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə 1 yaşlı uşaq vəfat edib - Yenilənib
 
						Gəncədə 1 yaşlı uşaq vəfat edib 
							 - Yenilənib
Əlavə olunub: 07.03.2025 | 11:16 | Baxılıb: 1243
Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.

“omrum.az” xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılsa da, orada ölüb.

Uşağın hansı səbəbdən öldüyü araşdırılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyulun 1-i saat 07:00 radələrində 2024-cü il təvəllüdlü (kişi cinsli) azyaşlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Ona bağırsaq parezi, toksiki şok sindromu, qastroenterit və koliklər diaqnozu təyin edilib.

Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, saat 11:20 radələrində ölüm faktı qeydə alınıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.