“omrum.az” xəbər verir ki, şəhərin Mikayıl Rəhimov və Zülfü Hacıyev küçələrinin kəsişməsində bir-birinə bitişik olan 5 ev yanıb.
Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər tikilinin isə dam örtüyü sıradan çıxıb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub.
Yanğın artıq söndürülüb.
Hadisənin səbəbi araşdırılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən bir-birinə bitişik tikilmiş evlərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Baş vermiş yanğın əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70 kv.m. olan 1 mərtəbəli 3 otaqlı evin hamamının tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m. sahədə, ümumi sahəsi 50 kv.m. olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m. sahədə, ümumi sahəsi 75 kv.m. olan 1 mərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m. olan 2 mərtəbəli (hər mərtəbəsi 30 kv.m.) 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.
Yunis Quliyev