Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə kişini ürəyindən güllələyib öldürdülər - Yenilənib
 
						Gəncədə kişini ürəyindən güllələyib öldürdülər 
							 - Yenilənib
Əlavə olunub: 06.15.2025 | 23:29 | Baxılıb: 6081
Gəncədə qətl hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə şəhərin “Avtozavod” qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Vüsal Əhmədov ürəyindən güllələnərək öldürülüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşkarı cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

***

Polis əməkdaşları tərəfindən müvafiq keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb. 

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.