Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə “Naxalovka”da ev yanıb - Video - Yenilənib
 
						Gəncədə “Naxalovka”da ev yanıb 
							 - Video - Yenilənib
Əlavə olunub: 03.06.2025 | 17:42 | Baxılıb: 2012
Gəncədə ikimərtəbəli binada yanğın baş verib.

“omrum.az"in məlumatına görə, hadisə “Naxalovka” deyilən ərazidə olub. 

Sözügedən ərazidəki tikililər əsasən taxta binalardan ibarətdir. Hadisə yerinə iki ədəd yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

***

Yanğın nəticəsində 1 nəfər- 1974-cü il təvəllüdlü L.Muradova yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya aparılıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

“Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb”, - məlumatda qeyd olunub.

Yunis Quliyev







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.