Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə zavodda partlayış, xəsarət alan var
 
						Gəncədə zavodda partlayış, xəsarət alan var
Əlavə olunub: 03.17.2025 | 10:17 | Baxılıb: 1930
Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib.

“omrum.az” xəbər verir ki, zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb.

Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.