Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədən Şuşaya avtobus reysi istifadəyə verilir - Qiymətlər
 
						Gəncədən Şuşaya avtobus reysi istifadəyə verilir 
							 - Qiymətlər
Əlavə olunub: 02.27.2025 | 19:33 | Baxılıb: 3164
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

“omrum.az” AYNA-ya istinadən xəbər verir ki, reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.