Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncəyə yeni hərbi prokuror təyin edildi
 
						Gəncəyə yeni hərbi prokuror təyin edildi
Əlavə olunub: 08.18.2025 | 15:43 | Baxılıb: 10707
Gəncəyə yeni hərbi prokuror təyin edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Gəncə hərbi prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Respublika Hərbi prokurorurluğunun yeni rəhbərliyi ilə hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları həyata keçirilir. İslahatlar çərçivəsində nəzəri bilik və peşə hazırlığı, həmçinin şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslər yüksək vəzifələrə təyinat alırlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.