Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gitara ifaçısı onunla toya getməyən müğənnini bıçaqladı - Foto
 
						Gitara ifaçısı onunla toya getməyən müğənnini bıçaqladı 
							 - Foto
Əlavə olunub: 05.07.2025 | 09:38 | Baxılıb: 5781
Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Əhmədiyə Qurbanovun insident zamanı sərxoş olduğu deyilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb: “Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.