Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gizli “Mossad” əməliyyatının görüntüləri yayıldı - Video
 
						Gizli “Mossad” əməliyyatının görüntüləri yayıldı 
							 - Video
Əlavə olunub: 06.13.2025 | 15:36 | Baxılıb: 12283
İranın hava hücumundan müdafiə sistemlərini strateji cəhətdən məhv edən gizli “Mossad” əməliyyatının videosu yayılıb.

“omrum.az” xəbər verir ki, görüntülərdə İrandakı “Mossad agentləri” tərəfindən bu ölkənin hava hücumundan müdafiə sistemlərini hədəf almaq üçün nəzərdə tutulmuş mümkün FPV dronlarının yerləşdirilməsi anı əks olunub.

Sosial şəbəkələrdə həmin görüntüləri İsrail Müdafiə Qüvvələrinin yaydığı iddia edilir.

Qeyd edək ki, İsrailin “Ynet” portalı iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirilən xüsusi əməliyyatın uzun illər ərzində planlaşdırıldığını və prosesdə İsrail Müdafiə ordusu, “Mossad” kəşfiyyat xidməti və İsrailin müdafiə sənayesinin nümayəndələrinin iştirak etdiyini yazıb.

Bildirilir ki, əməliyyat çərçivəsində “Mossad” agentləri hücumdan hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaradıblar. Əməliyyatın hazırlıqlarına kəşfiyyat məlumatlarının toplanması və İranın dərinliklərində agentlərin əvvəlcədən yerləşdirilməsi daxil olub. Belə ki, bazanın yaradılması ilə məhz həmin agentlər məşğul olub.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.